Asəf Səfixanlı - Səninlə Evlənə Bilsəm

Səninlə Evlənə Bilsəm
Yükləndi: 93 dəfə
Zaman: 03:45
Ölçü: 5.13 mb
Bitrate: 192 khz

Bir gün itərsəm əgər, soraqlayarsan bilirəm
Bir sevgi kitabı olum, varaqlayarsan bilirəm
Mən xəstələnsəm əgər sən ağlayarsan bilirəm
Gözlərindən qəmi silsəm necə xoşbəxt olaram

Səninlə evlənə bilsəm necə xoşbəxt olaram
Sevincimi sənlə bölsəm necə xoşbəxt olaram

Bu dünya tək oldunsa, lap süründürür adamı
Sənsizlik olmasın heç, oldu öldürür adamı
Həyatdı, gah ağladır, gah da güldürür adamı
Səninlə ağlayıb gülsəm necə xoşbəxt olaram

Səninlə evlənə bilsəm necə xoşbəxt olaram,
Sevincimi sənlə bölsəm necə xoşbəxt olaram

Tək olanda, elə hey sənin rəsminə baxmşam
Götürüb sonra, əllərimlə ürəyimə sıxmışam
Səni mən çox sevirəm, səndən ötrü darıxmışam
O gül camalını görsəm necə xoşbəxt olaram

Səninlə evlənə bilsəm necə xoşbəxt olaram,
Sevincimi sənlə bölsəm necə xoşbəxt olaram ...

Mahnı Klipi: