Asif Məhərrəmov - Canına And İçdiyim

Canına And İçdiyim
Yükləndi: 213 dəfə
Zaman: 04:09
Ölçü: 6.02 mb
Bitrate: 192 khz

Bu ürək sənlə vurur üzmə,səni sevən tərəfi
Yolun açıq olsun ən çox mənə gələn tərəfi
Gəl ki hər atdığın addımın yenidən eşq yarada
Zəng elə hərdən ay insafsız yadına sal arada

O sevgi yoxmu məgər
Bürüsün dörd yanımı
Onu unutsam əgər
Allahım al canımı

O mənim hamıdan ayırdığım seçdiyim
O mənim hətta canına and içdiyim
Bir odu mənə dəlilikləri xoş gələn
Bir odu etdiyi səhvləri keçdiyim

Yenə də qismət ola kaş ki mən tutum əllərini
Dərdini yox nazını çəkim hər gün oxşuyum tellərini
Hər nə olub nə ki baş verib unudaq ay ürəyim
Hər şeyim sənsən axı səndən var mənim özgə nəyim

Müğənninin digər mahnıları