Aydın Sani - Ağlayan Yağışa

Ağlayan Yağışa
Yükləndi: 242 dəfə
Zaman: 03:34
Ölçü: 3.34 mb
Bitrate: 128 khz

Gözünün yaşını tökmə,
Bu soyuq ağrı , yağışdır .
Bu bulud süni buluddur,
Bu yağış saxta yağışdır.

Dünənin qəhqəhəsi ilə,
Bu günün naləsi eyni.
Gülüşün ağlamağınla,
Arası bircə qarışdır.

Həyəcanla dolu sözlər,
Bu tərəddüd dolu gözlər,
Üşüyən nəmli baxışlar,
İri kirpikdəki yaşlar.

Mənə çoxdankı tanışdır,
Daha yox təsiri qəlbə.
Bu bulud süni buluddur,
Bu yağış saxta yağışdır.

Məni yorma sənə qurban,
Bu yağış saxta yağışdır.
Bu bulud süni buluddur,
Bu yağış saxta yağışdır.

Necə ağlarsa buludlar,
Necə oynarsa umudla.
Necə şimşək çaxar olsa,
Necə seller axar olsa.

Soyuq olsun yada isti,
Nə olar ağlama bəsdi.
Nə qədər yağsa da yağsın,
Bu yağış saxta yağışdır.

Məni yorma sənə qurban,
Bu yağış saxta yağışdır.
Bu bulud süni buluddur,
Bu yağış saxta yağışdır ...

Müğənninin digər mahnıları