Aydın Sani - İcazə Ver

İcazə Ver
Yükləndi: 98 dəfə
Zaman: 03:15
Ölçü: 4.44 mb
Bitrate: 192 khz

Bugün mənə icazə ver..
Aşım bütün hüdudları.
Sevgimizə kölgə salan,
Qovum paxıl buludları.

Bugün mənə icazə ver,
Qalım səninlə baş başa.
Bizi tapaq özümüzdə,
Uzağlaşa uzağlaşa..

Bugün mənə icazə ver,
Deyim ki özlədim səni.
Sənə elə sarılım ki,
Özümdə gizlədim səni.

Bugün mənə icazə ver,
Səninlə razılaşmıyım..
Nə sən o xətti keçginən,
Nə mən o həddi aşmıyım.

Bugün mənə icazə ver,
Yuyum bütün günahları.
Nəzir deyim qaranlığa,
Açılmayan sabahaları.

Bugün mənə icazə ver,
Yavaş yavaş dadım səni.
Tutum şirin yalanlara,
Özümçün aldadım səni.

Bugün mənə icazə ver,
Dizində ağlıyım biraz.
O bağlanan kitabları,
Açım varağlıyım biraz.

Bugün mənə icazə ver,
Səninlə razılaşmıyım,
Nə sən o xətti keçginən,
Nə mən o həddi aşmıyım ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları