Bax bu vəfasız salıb əldən
Gör necə yıxdı məni
Ağlımı başdan alıb aparıb
Odlara yaxdı məni.
Son gedişində mənə dedi ki
Gələrəm səbr eylə
Dedim ona bir ömür gözləyərəm
İndi gəl ömür eylə
O gediş son gedişi idi onun,
Canım elə yanmışdı.
Dönməyi olmaz belə gedişin,
Ürəyimə dammışdı.
Onsuz heyatın rəngi qaçıb
Söz itirib dadını
Göz yaşı söndürə bilməyəcək
Ayrılığın odunu
Səni elə sevirəm belə sevirəm
Sən demə sözdə İmiş
Belə qapı çırpıb gedən adamın
Niyəti üzdə İmiş
O gediş son gedişi idi onun,
Canım elə yanmışdı.
Dönməyi olmaz belə gedişin,
Ürəyimə dammışdı ...