Musa Musayev - Popuri (Gəlməməliydim, Gülüm Gül)

Popuri (Gəlməməliydim, Gülüm Gül)
Yükləndi: 78 dəfə
Zaman: 05:44
Ölçü: 7.85 mb
Bitrate: 192 khz

Gəlməməliydim:
Qapınıza gəldim xətirimə dəydin
Özümdə bilirdim gəlməməliydim
Candərdi üzünə gülümsədimdə
Demə yanılmışam gülməməliydim

Hər zaman sevgilim deyirdim səni
Bilsəydim dönüksən neynirdim səni
Eşq dəlisiydim sevirdim səni
Dərdindən ölürdüm ölməməliydim

Gəlməməliydim, görməməliydim.
Dərdindən ölürdüm, ölməməliydim ...

Dünya sevənlərə vəfa qılmayıb
Kim deyər əkdiyi güllər solmayıb
Gördüyüm gözəllik səndə qalmayıb
Kaş səni mən belə görməməliydim

Hər zaman sevgilim deyirdim səni
Bilsəydim dönüksən neynirdim səni
Eşq dəlisiydim sevirdim səni
Dərdindən ölürdüm ölməməliydim

Gəlməməliydim, görməməliydim.
Dərdindən ölürdüm, ölməməliydim ...

Gülüm Gül:
Sevgili yar bu gözlərin, gülüm ey gülüm
Alıb canımı neyləyim, gülüm ey gülüm
Aşiqəm sənə dilbərim, gülüm ey gülüm
Məcnun olum sən Leyli, gülüm ey gülüm.

Gülüm gül, gülüm gül
Gülüm ey gülüm.
Yarım gül, canım gül
Gülüm ey gülüm ...