Ramil Nabran - Salam Qarabağ

Salam Qarabağ
Yükləndi: 279 dəfə
Zaman: 02:55
Ölçü: 4.04 mb
Bitrate: 192 khz

Əsgər!
Sənə görə səngər qazılıbsa əngəl bilmə bunu özünə.
Düşmənə gen gəl.
Bura bizim bölgə.
Ya qələbə qazan ya da dolan 3 rəngə.
Dön gəl.
Əsla ürəyinə asma şəkki şübhəni
Bu bizim icma, bu bizim sərvət,
Səfərimiz əlbət ilhamlandırır ruhumu.
Ümməti vəhdət!

Üst təpələr, daglar, dərələr,
Sənin gəlişinə körpələr tək sevinər.
Bu gün birliyimiz tarixə iz səpələr,
Çünki ordumuz yazır yeni səhifələr .

Assalamunaleykum Qarabağ!
Bu gün biz burda, daha biz burda.
Assalamunaleykum Qarabağ!
Yenə biz burda, daha biz burda.
Assalamunaleykum Qarabağ!
Bu gün biz burda, daha biz burda.
Türkün türkdən başqa dostu yox.

Suqovuşandan Cıdır düzünə qədər
Belədəki niyədə Zəngəzur olmasın?
Şuşa Kəlbəcər sənə görə hədər
Sayılmaz şəhadətim, canım uzanmasın.
Anam ağlamasın, gözləri yolda qalmasın
Bu mənim taleyimdisə
Alın yazımı mənə rəva bilən
Vahid Yaradanıma Həmd olsun.

Dərs olsun bizdən sonrakılara dərs olsun!
Vətən namus, bayraq şərəfimiz.
Qiyamətə qədər müzəffər olsun,
Tükənməz Turan ordusu!
Şəms olsun.
Daima başım üstündə bənd qursun.
Hədəfim kiminsə qanını tökmək deyil,
Fəqət söhbət vətəndən gəldikdə,
Qoy sülh qanımdan məst olsun.

Assalamunaleykum Qarabağ!
Bu gün biz burda, daha biz burda.
Assalamunaleykum Qarabağ!
Yenə biz burda, daha biz burda.
Assalamunaleykum Qarabağ!
Bu gün biz burda, daha biz burda.
Türkün türkdən başqa dostu yox ...

Mahnı Klipi: