Rövşən Binəqədili - Can Gedirik Almağa

Can Gedirik Almağa
Yükləndi: 326 dəfə
Zaman: 04:52
Ölçü: 6.7 mb
Bitrate: 192 khz

Yurd yuvasınnan elimiz aralanıb,
Oddan alovdan üzümüz qaralanıb.
Qartalımın bir qanadı yaralanıb,
Biz ona dərman gedirik almağa.

Can alanlar can gedirik almağa,
Can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa,
Qan gedirik almağa!

Tanrı müzəffər ele bu ordunu,
Görsün o dağlar yene boz qurdunu,
Tərk eliyib qaçsın oğuz yurdunu,
Biləndə düşmən gediriy almağa.

Can alanlar can gedirik almağa,
Can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa,
Qan gedirik almağa!

Ellərimiz xoş arzu, xoş muradlı,
Şuşa, Xocalı adlı, Cəbrayıl adlı,
Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı.
Laçın, Zəngilan gedirik almağa.

Can alanlar can gedirik almağa,
Can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa,
Qan gedirik almağa!

Sev bu Mübariz yetirən məskəni,
Mən axı Türkəm tanıyırlar məni,
Qan gölündə boğmalıyam düşməni,
Bir cana doxsan gedirik almağa.

Can alanlar can gedirik almağa,
Can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa,
Qan gedirik almağa!

Gəzsin öz oğlum o cıdır düzündə,
Sancanadək bayrağı mərkəzində,
Şəhadətlə can verib əvəzində,
Cənnəti rizvan gedirik almağa.

Can alanlar can gedirik almağa,
Can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa,
Qan gedirik almağa! ...