Su gələr axar gedər,
Durnalar qatar gedər.
Bu dünya bir pəncərədir,
Hər gələn baxar gedər.
Qadan mən alım, körpə maralım.
Ayrılığından qoyma saralım.
Od düşər ürək yanar,
Ah çəkər gözlər ağlar.
Yar məni atıb getsə,
Yoxluğu sinə dağlar.
Qadan mən alım, körpə maralım.
Ayrılığından qoyma saralım ...
Mahnı Klipi: