Dünya var dünyamda görürəm röyamda
Mən onun olmasamda o mənimdir
Qəlbimdə var izlər hanı o bal sözlər
Gözlərim onu gözlər o mənimdir
Ruhum arxanca gedir səni hey təqib edir
Demə bu kölgə nədi o mənimdir
Saxlamazlar gedəni eşidirsənmi məni
Bir ürək sevsə səni o mənimdir
Ey ürək az qəm elə ümüd ölməyib hələ
İnan ölsəmdə belə o mənimdir
Duya qəlbimin səsi olmayaq qeyri kəsin
Məni gördükdə desin o mənimdir ...
Mahnı Klipi: