Aqşin Fateh - Nankor Qadın

Nankor Qadın
Yükləndi: 961 dəfə
Zaman: 04:38
Ölçü: 6.36 mb
Bitrate: 192 khz

Elə məzlumca baxarlar, elə elə fəğircə durarlar
Sığınar öncə kürəyvə, sora ordanda vurarlar
Elə bir hiylə edərlər, elə bir oyun qurarlar
Şeytan da baxar kənardan özü dilxor qadına.

İlan öznü gizlədirmiş naxışı zərifdir deyə
Zəhərin hiss eləmirdim nəfəsi xəfifdir deyə
Sənki şahidsən İlahi , o incə zəifdir deyə
Düşündüm əmanətindi baxmadım xor qadına

Özünü gözlə qardaşım, sən iki üzlü filannan
Vəfalı görsənən üzdə, vəfasız içdən olannan
Nəfəsi gələr yalannan nəfəsi gedər yalannan
Boynuna şərdə atarlar, bu qurur tor qadına

Gözünün nurunu vermə, ürəyi kor qadına
Neynəsən faydası olmaz yenə nankor qadına
Və münasibət bitəndə , kişini hey qınıyarlar
Deyən olmaz ki bir dönüb səbəbi sor qadına

Sən deyilsən sonuncu, ya birinci əzəldə var
Atalardan deyilən bir belə söz məsəldə var
Çıxınca adı çıxar canı öylə əməldə var
Satsa şan-şöhrətə öznü qazılar gor qadına ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları