Aqşin Fateh - Yaz Küləyi (Elnarə Bəxtiyarlı duet)

Yaz Küləyi (Elnarə Bəxtiyarlı duet)
Yükləndi: 317 dəfə
Zaman: 03:42
Ölçü: 5.07 mb
Bitrate: 192 khz

Əsəndə yaz küləyi yanağına sərin - sərin
Baxışların dikilər yollara dərin - dərin
Damlalar toxunanda yanağına narın - narın
Bilki o yağış deyil ağlayır sənin yarın.

Nə deyim çatmır əlim yar gözü çıxsın fələyin
Sən izin vermə gülüm qəm yeli alsın ləçəyin
Günəşin batdığı anlar sıxılanda ürəyin
Baxışın üfüqlərdə donanda xatırla məni.

Bağışla səs verə bilmədim sənin fəryadına
Elə bir gün gələrki özümdə düşməz yadına
Sən mənim ismimi ver ən sevdiyin övladına
Adını söyləyəndə o anda xatırla məni.

Əsəndə yaz küləyi yanağına sərin - sərin
Baxışların dikilər yollara dərin - dərin
Damlalar toxunanda yanağına narın - narın
Bilki o yağış deyil ağlayır sənin yarın.

Unutmaq asan olar bele düşünürdüm onda
Hara getsəm sənə gətirir yenə yollar sonda
Dünən mən idim zəng eliyən susan telefonda
Dinlə səssizliyimi gizlicə xatırla məni.

Bu əlləri hardan tapasanki ovundurub səni
Hər dəfə dönüb getmək istiyəndə tutub səni
Rəfiqələrin desə o artıq unudub səni
Aynada gülümsəyib sadəcə xatırla məni.

Əsəndə yaz küləyi yanağına sərin - sərin
Baxışların dikilər yollara dərin - dərin
Damlalar toxunanda yanağına narın - narın
Bilki o yağış deyil ağlayır sənin yarın ...

Müzik Klibi :

Müğənninin digər mahnıları