Aydın Sani - İtmiş Kimiyəm

İtmiş Kimiyəm
Yükləndi: 166 dəfə
Zaman: 03:07
Ölçü: 4.26 mb
Bitrate: 192 khz

Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm
Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm

Necə dərin yara vursanda mənə ağrısı yox
Yarami özgə öpüşlərlə keyitmiş kimiyəm

Demə buzdur ürəyin məndə ürəkdən yox əsər
Onu bir isti xəyanətdə əritmiş kimiyəm

Nəfəsimdə daha əvvəlki odu axtarma
Baxma yanındayam amma elə getmiş kimiyəm

Əbədi musiqi yox məndə sənin ömründə
Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm

Olduğundan ki böyük zənn eləmişdim seni mən
Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm

Söyləmə dərdini Fəhmi bilirəm her şeyi mən
Deməmişdən ele zənn etmə eşitmiş kimiyəm...

Müğənninin digər mahnıları