Od ürəkli, od nəfəsli diyarım,
Ocağına can qurban Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan
Bu çağına canım qurban Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan,
Torpağına canım qurban Azərbaycan!
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti açıq,
Qucağına canım qurban Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında,
Bayrağına canım qurban Azərbaycan!
Başım üstə məğrur-məğrur dayanan,
Torpağına canım qurban Azərbaycan.
Ruhuma can cismim üçün vətən olan,
Torpağına canım qurban Azərbaycan! ...
Mahnı Klipi: