Günel Məhərrəmova - Ağlama Şəhid Anası

Ağlama Şəhid Anası
Yükləndi: 8109 dəfə
Zaman: 04:09
Ölçü: 5.68 mb
Bitrate: 192 khz

Lay lay lay, balam lay lay lay.
Solan gülüm lay lay, lay.
Lay lay lay, balam lay lay lay.
Solan gülüm ay lay lay ...

Ana şəhidim gəlir,
Başını dik tut ağlama.
Qara geyin yasını tut,
Ürəyini çox dağlama.

Balan yardan ayrı düşüb,
Balasından ayrı düşüb.
Qan içində əzab çəkib,
Onu bark-bərk qucaqlama.

Evinin çırağı sönüb,
Ümüdün həsrətə dönüb,
Gözlərin qanla dolub,
Qurbanın olum ağlama.
Nolar anacan ağlama.

İncitmə balan yatır,
Sevgisi talan yatır.

Ana şəhidlər ölməyir,
Yeri həran qəlbimizdə.
İndi yatır şirin-şirin,
Məkanında cənnətində.

Ruhu göylərdən baxır,
Gözümüzdən qan yaş axır.
Balası yaman darıxır,
Onun qəlbini dağlama.

Evinin çırağı sönüb,
Ümüdün həsrətə dönüb,
Gözlərin qanla dolub,
Qurbanın olum ağlama.
Nolar anacan ağlama.

İncitmə balan yatır,
Sevgisi talan yatır ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları