İfrat - Nəfəsim Daralır (Türkan Musayeva duet)

Nəfəsim Daralır (Türkan Musayeva duet)
Yükləndi: 661 dəfə
Zaman: 03:29
Ölçü: 3.31 mb
Bitrate: 128 khz

O qədər uzaqsan ki,
Nə adım dilinə yatır,
Nə səsimi eşidirsən,
Nə də əlim əlinə çatır.

Nə görüşə bilməyirik,
Nə telini qoxulayıram,
Nə sabah mürgüləyib,
Nə də gecə yuxulayıram.

Nəfəsim daralır düşünəndə ki biz,
Qovuşan deyilik.
Qürur hər ikimizin yıxır evini, yıxır,
Barışan deyilik.

Ürək elə darıxır ki,
Nəfəsim boşuna gəlir,
Nəmli gözüm fələyin,
Elə bil xoşuna gəlir.

Ruhum əsirdir, əsir,
Qəm onun sahibidir,
Xəyallarım tükənib,
Ümidlərin dibidir.

Nəfəsim daralır düşünəndə ki biz,
Qovuşan deyilik.
Qürur hər ikimizin yıxır evini, yıxır,
Barışan deyilik ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları