İlkin Çərkəzoğlu - Bəlkədə Bir Gün

Bəlkədə Bir Gün
Yükləndi: 2748 dəfə
Zaman: 04:22
Ölçü: 6 mb
Bitrate: 192 khz

Bəlkə də bir gün,
Bəlkə də bir gün.
Bəlkə də heçvaxt,
Bəlkə də bir gün.

Ümüdüm üzülmür ,nəfəsim var hələ.
Təqvimi təzdən çevirib əvvələ,
Şər qarışınca gəzərik əl ələ,
Bəlkə də birgün, bəlkə də birgün.

Bəlkə də bir gün,
Bəlkə də bir gün.
Bəlkə də heçvaxt,
Bəlkə də bir gün.

Bilmədi eşq əhli nədir rahatlıq.
Bəlkə də biz eşqə bir ilk yaşatdıq,
Bəlkə də sındırıb tilsimi çatdıq,
Məqsədə bir gün,məqsədə bir gün.

Bəlkə də bir gün,
Bəlkə də bir gün.
Bəlkə də heçvaxt,
Bəlkə də bir gün.

Sən məni tək qoyub gedəndən bəri,
Hələ sağalmayıb yaralarımın yeri.
Ümidlərim var dönəcəksən geri,
Məncədə bir gün, məncədə bir gün.

Bəlkə də bir gün,
Bəlkə də bir gün.
Bəlkə də heçvaxt,
Bəlkə də bir gün.

Bu qədər etibarsız olmusan yəni?
Vəfasızlar içində gördüm səni.
Düşünmədinmi heç görərsən məni,
Zirvədə bir gün, zirvədə bir gün.

Bəlkə də bir gün,
Bəlkə də bir gün.
Bəlkə də heçvaxt,
Bəlkə də bir gün ...

Müğənninin digər mahnıları