İlkin Çərkəzoğlu - Ömrümü Verdim

Ömrümü Verdim
Yükləndi: 824 dəfə
Zaman: 03:32
Ölçü: 3.33 mb
Bitrate: 128 khz

Mən bir ömür yaşamışam, yalanlardan ibarət.
Utanıram hər günümdən, elə çəkirəm xəcalət.
Yaşım az idi cavan idim, ayıldım ki nəhayət.

Ömrümü verdim yelə getdi,
Hər gün ömürdən belə getdi.
Zaman elə gəldi elə getdi,
Ömrümü verdim yelə getdi.

Hər gün içki məclisi, gəlirdi hər şey xoşa.
Uyub bu cür şeylərə, çox şeyi verdim boşa.
Sevdiyim insanla da yaşıya bilmədim qoşa.

Ömrümü verdim yelə getdi,
Hər gün ömürdən belə getdi.
Zaman elə gəldi elə getdi,
Ömrümü verdim yelə getdi.

Gəzirdim əylənirdim, qaçıb evdən gizlicə.
Atam da zəng edirdi, ay oğul hardasan gecə?
Uydum həyat keyfinə, özüm bilmədim necə.

Ömrümü verdim yelə getdi,
Hər gün ömürdən belə getdi.
Zaman elə gəldi elə getdi,
Ömrümü verdim yelə getdi.

Eləki pulum qutardı, çıxmadı heç kim yiyə.
Xoş günümün dostları, yox oldu birdən niyə?
Düzələr bir gün hər şey, yaxşı olar deyə-deyə.

Ömrümü verdim yelə getdi,
Hər gün ömürdən belə getdi.
Zaman elə gəldi elə getdi,
Ömrümü verdim yelə getdi ...

Müğənninin digər mahnıları