İlkin Çərkəzoğlu - Yaxşıların Sağlığına

Yaxşıların Sağlığına
Yükləndi: 1039 dəfə
Zaman: 03:36
Ölçü: 3.41 mb
Bitrate: 128 khz

Yaxşılar hər zaman oldu dostlarımız
Bəzən ürəyi qəmlə doldu dostlarımız
Həyat yolu çətin yoldu dostlarımız
Düşməsin bu yolların bataqlığına

Gəlmişiksə dostların qonaqlığına
Bunu da içək yaxşıların sağlığına

Yaxşıların sayı çox ola kaş deyirəm
Yaxşıya yaxşı ola yoldaş deyirəm
Mən həyatda kimlərə qardaş deyirəm
Bələdəm onların üzünün ağlıgına

Gəlmişiksə dostların qonaqlığına
Bunu da içək yaxşıların sağlığına

Şair ölür gedir dediyi söz yaşayır
Şair öz sözüylə qoyur iz yaşayır
Fərqi yoxdu haralıdı kim düz yaşayır
Arxayınam mərtdiyinə qoçağlığına

Gəlmişiksə dostların qonaqlığına
Bunu da içək yaxşıların sağlığına ...

Müğənninin digər mahnıları