Nəfəs Məmmədli - Ana Can

Ana Can
Yükləndi: 1217 dəfə
Zaman: 05:09
Ölçü: 7.09 mb
Bitrate: 192 khz

Anacan, az ağla, az sinəni dağla,
Oğlun şəhid oldu, başını dik saxla.
Atacan, üzülmə, vətən düşüb zülmə,
Oğlun şəhid oldu, mərd dur, bükülmə.

Geri oğlun gəlməz, dərddən üzün gülməz,
Yaşayar qəlblərdə, şəhidlər ölməz.
Saçına dən düşdü, zaman tez ötüşdü,
Yarın çağır gəlsin, bu sön görüşdü.

Anacan, az ağla, az sinəni dağla,
Oğlun şəhid oldu, başını dik saxla.
Atacan, üzülmə, vətən düşüb zülmə,
Oğlun şəhid oldu, mərd dur bükülmə.

Nə haldayam yarim, tükənibdir halim,
Məni qoyub getdin, niyə ay zalim?!
Çox ağırdır həsrət, anam, ağla xəlvət,
Yarım mənsiz qaldı, saxla əmanət.

Anacan, az ağla, az sinəni dağla,
Oğlun şəhid oldu, başını dik saxla.
Atacan, üzülmə, vətən düşüb zülmə,
Oğlun şəhid oldu, mərd dur bükülmə...

Mahnı Klipi:

Müğənninin digər mahnıları