Rubail Azimov - Bir Gün O Gələr (Xatirə İslam duet)

Bir Gün O Gələr (Xatirə İslam duet)
Yükləndi: 352 dəfə
Zaman: 03:55
Ölçü: 5.36 mb
Bitrate: 192 khz

Rubail Azimov :
Bu qaranlıq gecələr onu məndən soruşar
Ürəyim öz özünə nə yalanlar danışar
Yenə qəlblər qovuşar ayrınlar barışar
Yenə halım pərişan onu mən gözləyirəm

Xatirə İslam :
Nə yalandan danışım ürəyim ağrı tutub
Bəlkə gizlincə sevir bəlkə çoxdan unudub
Soruşurlar nə olub səni illərmi yorub
Kimsə bilmir halımı onu mən gözləyirəm

Rubail Azimov və Xatirə İslam :
Bitmir gecələr, gəcələr
Səbret ay ürək, birgün o gələr ...

Rubail Azimov :
Ağlım hərkəsdən uzaq başqa yerlərdə gəzir
Nə olur anlamıram sanki günlər tələsir
Qürurum yoxdu daha olmuşam indi əsir
Bəs indi harda gəzir onu mən gözləyirəm

Xatirə İslam :
Nə çətindir yaşamaq sevdiyin kəsdən uzaq
Gəl otur dinlə məni bitsin hərşey unudaq
Uzun hekayəmizə yeni bir səhifə yazaq
Nə olar gəl barışaq səni mən gözləyirəm

Rubail Azimov və Xatirə İslam :
Bitmir gecələr, gəcələr
Səbret ay ürək, birgün o gələr ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları

Bax

Bax