Seymur Məmmədov - Ata

Ata
Yükləndi: 374 dəfə
Zaman: 04:08
Ölçü: 5.67 mb
Bitrate: 192 khz

Göz açarkən mənə qol-qanad verən,
Həyat eşqi bəxş edib murad verən.
"Qədəmin mübarək" deyib ad verən,
Sən idin, bir də anam solum, sağım,
Sən idin, bir də anam solum, sağım.

Ata, sənsən mənim arxam, dayağım,
Nə qədər qolumda qüvvət olsa da,
Yenə sənsən mənim arxam, dayağım,
Canımda, dizimdə taqət olsa da,
Yenə də sənsiz büdrəyər ayağım,
Yenə də sənsiz büdrəyər ayağım.

Olub örnək mənə bir çox cəhətin,
Yetər əlbət mənə bu səltənətin.
Sənin hər nəsihətin, hər məsləhətin,
Olub hər yerdə hidayət çırağım,
Olub hər yerdə hidayət çırağım.

Ata, sənsən mənim arxam, dayağım,
Nə qədər qolumda qüvvət olsa da,
Yenə sənsən mənim arxam, dayağım,
Canımda, dizimdə taqət olsa da,
Yenə də sənsiz büdrəyər ayağım,
Yenə də sənsiz büdrəyər ayağım.

Məni sənsən qoruyan təhlükədən,
Ədəbə, mərifətə təhrik edən.
"Uzaq ol, dava-dalaş, mərəkədən",
Demisən, sırğa edibdir qulağım,
Demisən, sırğa edibdir qulağım,

Ata, sənsən mənim arxam, dayağım,
Nə qədər qolumda qüvvət olsa da,
Yenə sənsən mənim arxam, dayağım,
Canımda, dizimdə taqət olsa da,
Yenə də sənsiz büdrəyər ayağım,
Yenə də sənsiz büdrəyər ayağım ...

Müğənninin digər mahnıları