Şöhrət Məmmədov - Allahım

Allahım
Yükləndi: 3055 dəfə
Zaman: 03:41
Ölçü: 5.06 mb
Bitrate: 192 khz

Bütün duaların cavabı səndə
Bəxtsiz aşiqlərin ürəyi qəmdə
Xəstələr şəfanı tapacaq səndə
Hər dərdin çarəsi, dərmanısan sən!

İnsanlıq can verir insan içində
Mələk üzlü insan şeytan içində
Həyalar qeyb olub vicdan içində,
Olmayan qəlbin Rəhmi Rəhmanısan sən!

Gəlirəm Allahım qapıları aç mənə
Gəlirəm Ya Rəbbim Dərgahına nur saç mənə
Ümidim pənahım sənsən Allahım!
Əhv edən hər günahım sənsən Allahım!

Səs minarələrdən mənlə dol deyən
Hər qullara ayrı – ayrı yol deyən
Hər şey sənə bağlı, sənsən - ol ! deyən
Nə gözəl qərarlar fərmanısan sən!

Hər imtahanıma dözüm verirsən
Ən çətin anıma özün gəlirsən
Hər arzu niyyəti özün bilirsən
Ürəylərin fəthi, sultanısan sən!

Gəlirəm Allahım qapıları aç mənə
Gəlirəm Ya Rəbbim Dərgahına nur saç mənə
Ümidim pənahım sənsən Allahım!
Əhv edən hər günahım sənsən Allahım!

Mahnı Klipi:

Müğənninin digər mahnıları