Şöhrət Məmmədov - Dünya Tərsinə Dönəcək

Dünya Tərsinə Dönəcək
Yükləndi: 128 dəfə
Zaman: 03:08
Ölçü: 4.3 mb
Bitrate: 192 khz

Hələ peşiman olmağa xeyli zaman var, olacan.
Sevəcəm özgə birini, sən ona əğyar olacan.
Qədrini bilməyən bir özgəyə sən yar olacan.
Hər keçən gün bir az da öldürəcək xar olacan.

Dünya tərsinə dönəcək, gecə gün doğacaq.
Mənsiz həyatın sönəcək, səni dərd alacaq.
Göstər! Həyat, öz hökmünü öz sınağlarınla.
Məni tərk edən bir insan necə peşiman olacaq.

Bu bəxtəvər düşünür ki, indi bir yar gələcək.
Gözləri qalıbdır yollarda, ümid var gələcək.
Biləndə başqası var yar olubdur özgəsinə,
Həyatı məhv olacaq. Dünya başına dar gələcək.

Dünya tərsinə dönəcək, gecə gün döğacaq.
Mənsiz həyatın sönəcək, səni dərd alacaq.
Göstər! Həyat, öz hökmünü öz sınağlarınla.
Məni tərk edən bir insan necə peşiman olacaq.

Dedilər sevir özgəni, inanım, inanmayım?
Dedim ki, kaş yuxu olsun Ya Rəbb, oyanmayım!
Məni yarı yolda qoyanı mən necə danmayım?
Yeni eşqə yanım alovlanım, ona yanmayım.

Dünya tərsinə dönəcək, gecə gün döğacaq.
Mənsiz həyatın sönəcək, səni dərd alacaq.
Göstər! Həyat, öz hökmünü öz sınağlarınla.
Məni tərk edən bir insan necə peşiman olacaq

Müğənninin digər mahnıları