Şöhrət Məmmədov - O Sənsən

O Sənsən
Yükləndi: 516 dəfə
Zaman: 03:53
Ölçü: 5.32 mb
Bitrate: 192 khz

Məni kimsə tamamlamadı sənin qədər.
Kimsə üçün qorxmadım ki, bir gün gedər.
Niyə səni itirməkdən qorxuram?
Nəfəsim kəsilir, olmasan darıxıram.

Hərdən ürəydə sevinc, hərdən qəmsən.
Hərdən gözdə gülüş, hərdən nəmsən.
Hər dərdimə dərd ortağım,
Mənim illərdir ki, gözlədiyim o sənsən.

Sənsiz günlərlə bütün bağları kəsirəm.
Sənlə bir ömür yaşamaq üçün tələsirəm.
Mənim hansı əməllərimin savabısan?
Ağlımdakı hər sualın cavabısan ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları