Tacir Məmmədov - Sev Məni (Səadət Hüseynzadə duet)

Sev Məni (Səadət Hüseynzadə duet)
Yükləndi: 4954 dəfə
Zaman: 03:23
Ölçü: 4.63 mb
Bitrate: 192 khz

Səadət Hüseynzadə:
Ömür boyu əziz olsun hislərin,
Dərya olsun, dəniz olsun hislərin,
Elə sev ki, təmiz olsun hislərin,
Nağıl sevən uşaq kimi sev məni.

Tacir Məmmədov:
Görkəminə baxıb heyran qaldığım,
Saatlarla xəyallara daldığım,
Sahilində gəzərkən zövq aldığım,
Dalğalanan dəniz kimi sev məni.

Səadət Hüseynzadə:
Sevgin sonsuz olsun, gəldi gedər yox.
Həyatıma sevinc gətir, kədər yox.
Ömür qısa olur, ömür qədər yox.
Bacarırsan ölüm qədər sev məni.

Tacir Məmmədov:
Mənəm sənin yollarına boylanan,
Dəyər verib, ürək verib bağlanan,
Damlalardan ilham alıb canlanan,
Yağış sevən torpaq kimi sev məni ...

Mahnı Klipi:

Müğənninin digər mahnıları